22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 167-ci məşğələsi keçirilib. “Heydər Əliyev dövlətçilik məktəbinin sosial-siyasi və ideoloji əsasları” mövzusunda keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik inkişafında, dünyada Azərbaycan imicinin və diasporunun formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilmişdir. Bu gün bu müdrik siyasətin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan güclü və qüdrətli dövlət kimi inkişaf etməkdədir. Rektor ümummilli liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı məruzə edərək dahi rəhbər Heydər Əliyevin gələcək müstəqil Azərbaycanın sosial-siyasi və ideoloji əsaslarını, prinsiplərini hələ totalitar sovet rejimi dövründə işləyib hazırladığını vurğulayıb. Bildirilib ki, ümummilli lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra müstəqil Azərbaycanın daxili və xarici siyasətini, dövlətlərarası münasibətlərini, sosial-iqtisadi və hərbi inkişaf strategiyasını müəyyənləşdirib, Azərbaycanın ərazi bütövlüyünün qorunması, elmin, təhsilin tərəqqisi, milli-mənəvi dəyərlərimizin – dilimizin, dinimizin, tariximizin, mədəniyyətimizin yaşadılması və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Qeyd olunub ki, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dirçəliş və tərəqqi, ölkədə siyasi sabitliyin, milli birliyin yaranması məhz ulu öndərin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin həyat və fəaliyyəti, siyasi irsi, Azərbaycançılıq ideologiyası, milli məfkurəyə sədaqəti hər bir vətənpərvər gənc üçün böyük məktəbdir. 
Məşğələnin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR