22 Dekabr 2024, Bazar

Heydər Əliyev Muzeyində AMEA Naxçıvan Bölməsi tərəfindən “Heydər Əliyev – 90: elm siyasəti” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ulu öndərimizin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, keçid dövrünü uğur vә nailiyyәtlәrlә başa vuraraq sürәtlә inkişaf etmәkdә olan Azәrbaycan dünyanın iqtisadi-siyasi proseslәrinә inteqrasiya olunduqca ümumbәşәri elmi-texniki tәrәqqinin sәviyyәsi ilә uzlaşmaq istiqamәtindә dә mühüm addımlar atır. Bәşәr tarixindә silinmәz izlәr qoymuş böyük şәxsiyyәtlәrin elm vә tәhsilә münasibәti, bu sahәlәrin inkişafına verdiklәri töhfәlәr onların әbәdiyaşarlığını tәmin edәn başlıca amillәrdәn biridir. Müstәqil Azәrbaycan dövlәtinin qurucusu Heydәr Әliyev dә hakimiyyәtinin bütün mәrhәlәlәrindә elm vә tәhsilin inkişafına xüsusi qayğı ilә yanaşaraq, ilk növbәdә, xalqın intellektual gәlәcәyini düşünmüşdür. Elmi-intellektual sahәdә qazanılan nailiyyәtlәri dövlәt quruculuğu prosesinin vacib şәrti vә etibarlı tәminatı hesab edәn ulu öndәr elm vә milli tәhsil sisteminin mütәrәqqi prinsiplәr әsasında inkişafı naminә bütün zәruri tәdbirlәri hәyata keçirmişdir. Diqqәtәlayiq haldır ki, yüksәk intellektә malik şәxsiyyәt olan Heydәr Әliyev öz fәaliyyәti vә siyasi tәcrübәsindә hәr zaman elmi fikrin әn yeni nailiyyәtlәrindәn faydalanmışdır. O, elm vә texnikanın, mәdәniyyәt vә maarifin, әdәbiyyat vә incәsәnәtin inkişafı mәsәlәlәrinin hәlli mәqamlarında yüksәk peşәkarlıq göstәrmiş, cәmiyyәtin, xalqın inkişafını elmdә, intellektdә görmüşdür. Ulu öndərimiz Heydәr Әliyev elmә, alimә hәmişә yüksәk qiymәt vermişdir. Bunun ilk sәbәbi özünün dә elmi tәfәkkür sahibi olması, öz fәaliyyәtini hәmişә elmi prinsiplәr üzәrindә qurması, intellektual potensiala arxalanmasıdır. Azәrbaycan elminә respublikamızda rәhbәrlikdә olduğu bütün dövrlәrdә göstәrdiyi qayğı vә dәstәk elә buradan qaynaqlanır.

Qeyd olunmuşdur ki, bütün sahələrdə olduğu kimi, elm sahəsində də Prezident İlham Əliyev ulu öndərimizin yolunu uğurla davam etdirir. Son illər Azərbaycan elminin inkişaf strategiyası təsdiq olunmuşdur. 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilmiş, Elmin İnkişaf Fondu yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Bütün bunlar göstərir ki, Azərbaycan elminə ilbəil diqqət artırılır. Azərbaycan elmi bu günə qədər çox böyük nailiyyətlər əldə etmişdir. Görülən işlərdə dövlətimiz alimlərimizi dəstəkləyir, hər bir elm adamının fəaliyyəti yüksək qiymətləndirilir, alimlər üçün hərtərəfli şərait yaradılır. Bu gün elm adamlarının vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün tədqiqatları daha yüksək səviyyədə aparmaqdan ibarətdir.
Sonra tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin, kimya elmləri doktoru Əliəddin Abbasovun çıxışları olmuşdur.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR