23 Dekabr 2024, Bazar ertəsi

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrində dəyişikliklər edilərək müvafiq inzibati xətalara görə məsuliyyət tədbirləri gücləndirilmişdir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 88-1-ci maddəsinin yeni redaksiyasına əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilirlər. Müvafiq inzibati xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə isə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilirlər.
İnzibati Xətalar Məcəlləsinin 88-3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, vəzifəli şəxslər ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin tikinti üçün ayrılmasına görə min beş yüz manat miqdarında cərimə ediləcəklər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR