23 Dekabr 2024, Bazar ertəsi

10 noyabr 2015-ci il                                                               Naxçıvan şəhəri

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Süleymanov Ramiz Rəhim oğlunun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Allahverdiyev Əli Kərim oğlu və Məmmədov Qabil Neymət oğlundan ibarət tərkibdə, Əliyeva Gülsüm Kamal qızının katibliyi,
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun, sədr müavini Qədimov Əli Tofiq oğlunun, katibi Eyvazov Elnur Həsənəli oğlunun, üzvlər Hüseynov Tural Cəmaləddin oğlunun, Həsənov Tural Dünyanur oğlunun və Bayramova Vahidə Vahid qızının,
Mütəxəssislər Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Məmmədov Məhərrəm Allahverdi oğlunun, Şirzadov Cavanşir Əli oğlunun və Rzayev Xalid Məhərrəm oğlunun iştirakı ilə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında işə baxaraq hakim Məmmədov Qabil Neymət oğlunun məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun çıxışını və mütəxəssislərin arayışını dinləyib müzakirə edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti

MÜƏYYƏN ETDİ:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 8.1-ci maddəsinə və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 avqust 2015-ci il tarixli Sərəncamına əsasən 1 noyabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 5 noyabr 2015-ci il tarixdə 45 seçki dairəsinin və 316 məntəqə seçki komissiyasının 1 noyabr 2015-ci ildə tərtib edilmiş seçkilərin nəticələri haqqında protokolları, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 4 noyabr 2015-ci il tarixli SQ-13/2015 nömrəli qərarı və protokolu təqdim edilmişdir.
Təqdim edilmiş seçkilərin ümumi yekunları haqqında sənədlərdə 1 noyabr 2015-ci il tarixdə 45 seçki dairəsi üzrə 316 seçki məntəqəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələri öz əksini tapmışdır.
Seçkilərin ümumi yekunları haqqında təqdim edilmiş sənədlərdən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 45 seçki dairəsindən passiv seçki hüququ olan 135 nəfər Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alınmışdır.
Səsvermə günü Naxçıvan Muxtar Respublikası üzrə 45 seçki dairəsinin 316 seçki məntəqəsində səsvermə keçirilmişdir.
Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsi üçün yaradılmış 45 seçki dairəsini əhatə edən 316 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 268463 seçici ümumi seçici siyahılarına daxil edilmiş, onlardan 205166 nəfəri, yəni 76.4 faizi səsvermədə iştirak etmişdir. Səsvermədə iştirak etmiş seçicilərin 205116 nəfəri bilavasitə seçki məntəqələrində, 50 nəfəri isə qanunun tələbinə uyğun olaraq səsvermə otağından kənarda səs vermişlər. Seçki qutularında aşkar edilən 205165 bülletendən 203991 seçki bülleteni, yəni 99.4 faizi etibarlı hesab edilmiş, 1174 bülleten, yəni 0.6 faizi isə etibarsız hesab edilmişdir.
Məntəqələr üzrə seçki günü 9 ədəd korlanmış, 63288 ədəd isə istifadə edilməmiş seçki bülletenləri məntəqə seçki komissiyaları tərəfindən ləğv edilmişdir. Göstərilənlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 88-89-cu maddələrinin tələblərinə uyğundur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin yekunlarına dair təqdim olunmuş sənədlərin təhlilindən görünür ki, muxtar respublikanın ərazisində yaradılmış 316 seçki məntəqəsində 1 noyabr 2015-ci il tarixdə seçkilərin keçirilməsi zamanı aşkarlığı təmin etmək məqsədi ilə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 37-41-ci maddələrinin tələblərinə uyğun olaraq 1 nəfər beynəlxalq, 497 nəfər müxtəlif siyasi partiyaların müşahidəçiləri və 126 nəfər yerli müşahidəçilər seçkilərin gedişini izləmişlər.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən tələb edilmiş sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə keçirilmiş seçkilərin nəticələri barədə protokolları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 4 noyabr 2015-ci il tarixli protokolu və onlara əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə cavab verir.
Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin yekunları təsdiq edilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti göstərilənlərə əsaslanıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsini və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrini rəhbər tutaraq

QƏRARA ALIR:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş 45 seçki dairəsi üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.
2. Qərar elan olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Şərq qapısı” qəzetində dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən: Ramiz Süleymanov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR