23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov hər bir xalqın dövlətçilik tarixində dövlət rəmzlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, bayrağımız xalqımızın milli mövcudluq rəmzidir. Elə buna görə də hər bir azərbaycanlı üçrəngli bayrağımıza böyük hörmət və yüksək ehtiram bəsləyir. Ölkəmizin ayrı-ayrı şəhərlərində tikilən bayraq meydanları da bunu təsdiqləyir. Bayraq qürurumuz, milli kimliyimizdir.
Qeyd olunub ki, Azərbaycanın üçrəngli Dövlət Bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, kütləvi-mədəni, siyasi, iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hisləri doğurur.

YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Üçrəngli bayrağımız müstəqilliyimizin simvoludur” mövzusundakı məruzəsində bildirib ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərin yolunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. Ölkə Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir.
“Bayrağımız milli dövlətçiliyimizin qürur mənbəyidir” adlı məruzə ilə çıxış edən Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov bildirib ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı bu yolda yorulmaz mübarizəsi sayəsində bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxaraq bu gün bütün azadlıqların qorunduğu müstəqil ölkədə yaşayır.
Tədbirdə dövlət bayrağı haqqında slaydlar nümayiş olunub.
Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR