2015-ci ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Belə ki, “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 sentyabr tarixli 83 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli 71 nömrəli qərarı və “Naxçıvan Muxtar Respublikası ərazisində yeyinti məhsullarına verilən uyğunluq sertifikatının formasının və uyğunluq sertifikatının verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli 72 nömrəli qərarı qəbul edilmişdir.
Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestri vasitəsi ilə (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.