23 Dekabr 2024, Bazar ertəsi

Şərur Rayon Multikulturalizm və Dini Məsələlər üzrə Komissiya Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri İlham Bədəlov mövzu ilə bağlı məruzə etmişdir. Rayonun ümumtəhsil məktəblərinin bir qrup müəlliminin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə vurğulanmışdır ki, insanın ən ali və əzəli hislərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil, vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir. Vətənpərvərlik hislərinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənc­lərin bu ruhda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olmuşdur.

İlham Bədəlov diqqətə çatdırmışdır ki, bu gün Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən gənc­lər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaşın və sağlam nəslin yetişdirilməsi dayanır.
Şərur rayonunda da bu məsələ diqqət mərkəzindədir. Rayonda yeni məktəb binalarının, müasir idman və mədəniyyət obyektlərinin istifadəyə verilməsi gənclərə dövlət qayğısının ifadəsidir. Gənclərin yaxşı təhsil alması, asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə həyata keçirilən belə tədbirlər bu sahədə xeyli uğurlar qazanılmasına imkan vermişdir. Onların intellektual səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclərin sağlam ruhda böyüməsi üçün bu obyektlərdə hərtərəfli şərait yaradılmışdır. Bu da belə deməyə əsas verir ki, şərurlu gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi yanaşılır.
Tədbirdə Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın üzvlərindən rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov və başqaları çıxış edərək qarşıda duran vəzifələrdən danışmış, bu sahədə əsas vəzifənin ailələrdə valideynlərin, cəmiyyətdə isə ən şərəfli peşə sahibləri olan müəllimlərin üzərinə düşdüyünü iştirakçıların diqqətinə çatdırmışlar.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR