23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan Beynəlxalq Hava Limanında “Hava limanı obyektlərində ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə mülki müdafiə idarəetmə orqan və qüvvələrinin fəaliyyətinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirmişdir. Naxçıvan Beynəlxalq Hava Limanının yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının bacarığını yoxlamaq, yanğınların söndürülməsi və qəza-xilasetmə işlərinin aparılmasına cəlb olunan mülki müdafiə qüvvələrinin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaq məqsədilə keçirilən təlimə Naxçıvan Beynəlxalq Hava Limanının yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandası, aviasiya təhlükəsizlik xidməti, hava hərəkətinin idarə etməsi xidməti, xüsusi avtonəqliyyat xidməti, yanacaq-sürtgü materialları sahəsi, hava gəmilərinə texniki xidmət sahəsi, karqo terminalın qrupları və tibb məntəqəsi cəlb olunmuşdur.

Təlimin keçirilmə planına uyğun olaraq, birinci mərhələdə Naxçıvan Beynəlxalq Hava Limanının mülki müdafiə planının, yanğından mühafizə və qəza-xilasetmə komandası üzrə operativ planın, qəza şəraiti yarandığı halda tədbirlər planının reallığını yoxlamaq məqsədilə bütün xidmət rəislərinin məruzələri dinlənilmişdir. Hava limanı obyektlərində və hava gəmilərində baş verə biləcək yanğınlar zamanı şəraitin qiymətləndirilməsi, qərarın qəbulu və yanğının söndürülməsi üzrə yanğın-xilasetmə bölmələrinin, digər mülki müdafiə qüvvələrinin və qarşılıqlı əlaqədə fəaliyyət göstərən təşkilatların koordinasiyası üzrə vəzifəli şəxslərin bilik və bacarığı təkmilləşdirilmiş, qəza şəraiti yarandığı halda idarə­etmənin, rabitə və xəbərdaretmənin təşkili məsələləri araşdırılmış, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının şəxsi heyəti “həyəcan” siqnalı ilə məşq etdirilmişdir.
İkinci mərhələdə isə yanacaq-sürtgü materialları anbarında, karqo terminalında şərti olaraq baş vermiş yanğının qarşısının alınması və söndürülməsi üçün yanğın təhlükəsizliyi komandasının, könüllü yanğın drujinasının və qarşılıqlı əlaqədə fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin uzlaşmış fəaliyyəti təşkil olunmuş, hava gəmilərinin qəza enişi zamanı baş verə biləcək yanğının söndürülməsi və qəza-xilas­etmə işlərinin aparılması üzrə Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərinin fəaliyyəti praktik olaraq yoxlanılmış, qış aylarında uçuş-enmə zolağına yağan qarın təmizlənməsinə cəlb olunan texnikalara baxış keçirilmişdir.
Təlimə Naxçıvan Beynəlxalq Hava Limanından 90 nəfər şəxsi heyət, 3 ədəd yanğın avtomobili, 12 ədəd müxtəliftəyinatlı aerodrom avtomobilləri, habelə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən 1 ədəd avtonərdivan, 3 ədəd müasirtipli yanğın avtomobili və 24 nəfər şəxsi heyət cəlb edilmişdi.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR