23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin şəxsi heyət üzrə müavini vəzifəsini icra edən, polkovnik-leytenant Allahyar Allahyarov açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək Kəngərlilər nəslinin Azərbaycan hərb tarixindəki rolundan danışıb, Kəngərli generalları haqqında məlumat verib. Bildirib ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan, repressiyalara məruz qalan, iki dəfə haqqında ölüm hökmü çıxarılan, amma bütün bunların qarşısında sınmayan bir şəxsiyyət idi. Buna görə də Kəngərli tayfasının onlarla görkəmli insanı arasında Cəmşid xan Naxçıvanskinin həyatı və fəaliyyəti maraqlı məqamları ilə seçilir.
Məmməd Babayev “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 aprel tarixli və “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2015-ci il tarixli sərəncamlarının əhəmiyyətindən danışıb. İmzalanan sərəncamların bu görkəmli şəxsiyyətin, hərb xadiminin həyat və fəaliyyətinin işıqlandırılmasına, onun xatirəsinin yad edilməsinə doğru yönəldilmiş növbəti addım olduğu qeyd edilib.

Sonra “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti, mayor Fuad Heydərov çıxış edərək deyib ki, general Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə nümunədir.
Natiq çıxışında Cəmşid Naxçıvanskinin həyatı, fəaliyyəti, keçdiyi döyüş yolu, Azərbaycan hərb tarixindəki yeri barədə ətraflı məlumat verib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin şəxsi heyət üzrə müavini vəzifəsini icra edən, polkovnik-leytenant Allahyar Allahyarov tədbirə yekun vurub.
Sonra tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “Sərkərdə” sənədli filminə baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR