22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən Ordubad rayonunun Sabirkənd yaşayış məntəqəsində tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sığortanın rayon əhalisi arasında təbliğ olunması, sığorta maarifçiliyinin inkişafı və sığortaya olan etimadın artırılması, sığorta növləri haqda iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov açaraq sığorta maarifçiliyinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında sığortanın əhəmiyyəti, icbari və könüllü sığortaların mahiyyəti, daşınmaz əmlak­ın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, fərdi qəza sığortası, ev əmlakının sığortası və digər sığorta növləri barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədə­lənməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Ordubad Rayon Dövlət Sığorta Agentliyinin direktoru Rafiq İsmayılov çıxış edərək rayonda sığorta sahəsində görülən işlərdən, sığortanın iqtisadi və sosial əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR