22 Dekabr 2024, Bazar

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət xətti müstəqil dövlətimizin regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə layiqincə təmsil olunmasına, milli mənafelərin praqmatik şəkildə müdafiəsinə imkan yaratmışdır. Məhz bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir”. Bu fikirləri dünən AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lekto­ri­ya­sı”nın “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti: uğurlar və perspektivlər” mövzusuna həsr olunmuş 53-cü məşğələsində bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirmişdir. Akademik vurğulamışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü il 21 yanvar tarixli Sərəncamı və bu ilin muxtar respublikamızda “Heydər Əliyev ili” elan edilməsi ümummilli liderin çoxşaxəli fəaliyyətinin, siyasi və dövlətçilik irsinin fundamental şəkildə öyrənilməsi və tədqiqinə yeni-yeni imkanlar açır.

Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti: uğurlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra xarici siyasətdə yeni bir mərhələ başlanmışdır. Bu mərhələ dünyanın geosiyasi güclərinin strateji və iqtisadi maraqlarının kəsişdiyi regionda yerləşən Azərbaycanın xilası mərhələsi kimi səciyyələnir. Görkəmli dövlət xadimi Heydər Əliyev dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı fayda­lı əlaqələrin qurulmasını prioritet istiqamət kimi irəli sürərək regionda yerləşən iri güc mərkəzləri ilə münasibətləri yaxşılaşdırmış, eyni zamanda Azərbaycanın Qərb dövlətləri ilə inkişaf edən əlaqələrinin daha praqmatik xarakter almasını təmin etmişdir. Bu siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan nəinki regionda, dünyada ən sürətlə inkişaf edən dövlətlərdən biridir. Yürüdülən uğurlu siyasi xətt isə dövlətimizin parlaq gələcəyindən xəbər verir.
Lektoriyaya akademik İsmayıl Hacıyev yekun vurmuşdur.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR