23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 16-da Əlahiddə Ümumqoşun Orduda 2015-ci ilin iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış əsgərlər hərbi and içiblər.
Əvvəlcə 2015-ci ilin iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış əsgərlərin andiçmə mərasiminə hazır­lıqları ilə bağlı məruzə edilib. Mərasimə hərbi hissənin Döyüş bayrağı gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və hərbi andiçmə mərasimi açıq elan edilib.
Komandirlərinin və valideynlərinin şahidliyi ilə əllərini üçrəngli bayrağımız üzərinə qoyaraq Vətənə, xalqa sədaqət andı içən gənc əsgərlər təntənəli surətdə vəd ediblər ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaq, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəklər.

And içmiş əsgərlərin nəzərinə çatdırılıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Göstərilən qayğının nəticəsidir ki, şəxsi heyətinin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı yüksək səviyyədə olan Əlahiddə Ümumqoşun Ordunun silah arsenalında işğalçıları tez bir zamanda məhv etməyə hesablanmış silahlar mövcuddur. Bunun üçün də hər bir əsgər çalışmalıdır ki, komandirlər tərəfindən onlara öyrədilən silah və texnikanın sirlərini dərindən mənimsəsinlər.
Zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edə­rək onlara xidmətlərində uğurlar arzu­layıblar.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında da gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR