23 Dekabr 2024, Bazar ertəsi

Ordu quruculuğu prosesində əsas amillərdən biri də kadr hazırlığıdır. Buna görə də hərtərəfli bilik və bacarıqlara yiyələnmiş peşəkar kadrların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında hərbçi kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Avqustun 1-də Əlahiddə Ümumqoşun Orduda zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən 22 məzunun ilk buraxılışı olub.
Mərasimdə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti salamladıqdan sonra sıra meydanına hərbi hissənin döyüş bayrağı gətirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və buraxılış mərasimi açıq elan olunub.
Məzunlardan leytenant Əli Abdullayev, valideynlər adından isə Elxan Alməmmədov çıxış edərək muxtar respublikada zabit hazır­lığı kursunun təşkil edilməsinin ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbir olduğunu vurğulayaraq dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev zabit hazırlığı kursunu bitirən məzunları təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Həyata keçirilən tədbirlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev deyib: “Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir”.
Tam əminliklə deyə bilərik ki, Naxçıvan əhalisi rahat, sabitlik şəraitində yaşayır. Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun varlığı qədim diyarın malik olduğu hərbi qüdrəti özündə əks etdirir.
Sonra hərbi hissənin döyüş bayrağı sıra önünə çıxarılıb. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev zabit hazır­lığı kursunu bitirən məzunlara sertifikatları təqdim edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Kurs birincisi Nicat Rəhimov tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub, məzunlar döyüş bayrağı qarşısında and içiblər.
Sonda məzunların təntənəli keçidi olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR