23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2015-ci ilin birinci yarısının yekunları ilə bağlı yığıncaq keçirilib.

Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2015-ci ildə muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bir sıra məqsədyönlü tədbirlər həyata keçirib, Azərbaycan Dövlət Neft Şirkəti ilə 36 min ton A-92 benzini, 60 min ton dizel yanacağı, 17 min ton bitum, 7 min ton mazut, 1100 ton müxtəlif yağlar, 5000 ton maye qaz alınması üçün müqavilə bağlanılıb. Bağlanılan müqaviləyə əsasən, 2015-ci ilin ilk 6 ayı ərzində adıçəkilən təşkilatdan 15 min 12,9 ton A-92 benzini, 24 min 489,5 ton dizel yanacağı, 3957,2 ton bitum, 102,4 ton müxtəlif yağlar, 135 ton maye qaz gətirilib.

Müəssisə 2015-ci ilin ilk 6 ayında ümumi dövriyyəsi 29669,3 min manat olan 44069,6 ton müxtəlif növ neft məhsulları satıb ki, bu da 15 min 531,6 ton avtobenzin, 25 min 20,6 ton dizel yanacağı, 3350,8 ton bitum, 64 ton maye qaz, 102,4 ton müxtəlif növ yağlardan ibarətdir. Birinci yarımil ərzində müəssisə satışdan 203,9 min manat mənfəət əldə edib.
Bildirilib ki, bəhs olunan dövrdə boruların, nasosların, elektrik avadanlıqlarının, müəssisəyə yanacaq daşıyan avtomaşınların saz vəziyyətdə olması diqqət mərkəzində saxlanılıb, yanacaq ehtiyatı yaradılıb. Belə ki, 2015-ci il iyul ayının 1-nə müəssisənin anbarlarında 1851,5 ton A-92 benzini, 2022 ton dizel yanacağı, 3520 ton mazut, 606,4 ton bitum, 128 ton maye qaz ehtiyatı vardır.
Məruzə ətrafında müzakirələrdə çıxış edən müəssisənin neft anbarının müdiri Mirmehdi Seyidov, maye qaz anbarının müdiri Kazım Rzayev və başqaları qarşıda duran vəzifələrdən danışıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR