23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, əhalinin sağlamlığının qorunması, məhsul (iş və xidmətlərin) təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr durur və beynəlxalq norma və prinsiplərə müvafiq olaraq standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində təkmilləşmə, müasir beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir.
2015-ci ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsi istiqamətində müvafiq işlər aparmışdır. Dövlət proqramlarında, fərman və sərəncamlarda, sessiya və müşavirələrdə verilmiş tapşırıqların icrası əsas fəaliyyət istiqaməti olmuşdur. 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı, 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması, Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət pro­qramlarının icrası diqqətdə saxlanılmışdır.

Komitənin müvafiq işçi qrupları tərəfindən istehsal müəssisələrində, tikinti sektorunda, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində texniki normativ-hüquqi aktların tələblərinə əməl olunma səviyyəsinə, istehlak bazarında məhsulların keyfiyyətinə nəzarət məqsədilə dövri olaraq monitorinq­lər aparılmış və bu sahədə maarifləndirmə məqsədilə treninqlər təşkil olunmuş, elektrik, qaz və su sayğaclarının istismar müddətinə və istismardan çıxarılarkən əmtəə görünüşünün dəyişdirilməsinə, məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinə, təhsil, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətinə nəzarət tədbirləri təmin edilmişdir. Aparılmış monitorinqlər zamanı standartların tələblərinə uyğun olmayan 9797,8 manat dəyərində məhsul satışdan çıxarılaraq götürülmüşdür ki, bunlardan 2599 manat dəyərində məhsul məhv edilmiş, 5772,7 manat dəyərində məhsul təsərrüfatda yem məqsədilə aid strukturlara təhvil verilmiş, 1163,80 manat dəyərində məhsul istehsalçı və ya idxalçı müəssisələrə geri göndərilmişdir.
İstehsal olunan çörəklərin çəkisinə və keyfiyyətinə 507 halda nəzarət tədbirləri aparılmış və nöqsan aşkarlanmamışdır.
Standartlaşdırma fondunun zənginləşdirilməsi məqsədilə 7 ədəd yeni təsdiq olunmuş dövlət standartı və 4 ədəd dövlət standartına edilmiş dəyişiklik standartlar fonduna daxil edilmiş, komitənin standartlar fondunda qeydiyyatda olan 29 texniki şərt və texniki şərtlərə edilmiş dəyişikliklər haqqında 6 bildiriş dövlət qeydiyyatından keçirilmişdir.
İstehsal olunan məhsulların keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra 362 halda sertifikatlaşdırma işi aparılmışdır.
Metrologiya xidməti üzrə 264 təsərrüfat subyektində 20032 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunmuşdur. 3140 ədəd ölçmə vasitəsinə metroloji nəzarət həyata keçirilmişdir. İki adda yeni model elektrik sayğacının və 1 adda yeni model qaz sayğacının sınaqları aparılaraq tipinin təsdiq edilməsi barədə sertifikat verilmişdir.
İxtira, faydalı model, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi üzrə 56 müraciət daxil olmuşdur ki, hazırda bunların ekspertizası davam etdirilir. Əmtəə nişanlarının mühafizəsinə dair 56 şəhadətnamə, ixtiranın mühafizəsinə dair 1, sənaye nümunəsinin mühafizəsinə dair 2 patent və əmtəə nişanının qeydiyyatının qüvvədəqalma müddətinin artırılması üçün 13 bildiriş verilmişdir.
Laboratoriyaların akkreditasiyası sahəsi üzrə 20 laboratoriyada akkreditasiya işləri aparılmışdır.
Komitəyə verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR