23 Dekabr 2024, Bazar ertəsi

İyulun 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir keçirmişdir. Tədbiri Şahbuz Ra­yon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq rayonda sığorta işi sahəsində qarşıda duran vəzifələrdən danışmışdır. 

Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək müasir cəmiyyətdə sığortanın əhəmiyyətindən və rolundan danışmış, qeyd etmişdir ki, muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi rolu olmuşdur.

Baş direktor inkişaf edən cəmiyyətdə insanların sağlamlığının, əmlakının və mülki məsuliyyətinin sığortalanmasının vacib olduğunu vurğulamışdır. Hikmət Əsgərov kənd təsərrüfatında sığorta işinin aparılmasının, bu sahədə məhsul istehsalının fasiləsizliyinin təmin olunmasının əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, iyulun 21-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baş Sığorta Agentliyi tərəfindən kənd təsərrüfatında sığorta işinin təşkilinə diqqətin artırılması, istehsalçıların mümkün sığorta hadisələri barədə maarifləndirməsinin vacibliyini vurğulamışdır. Kənd təsərrüfatı sahəsində sığorta işinin aktuallığı günün tələbidir.
Tədbirdə baş vermiş sığorta hadisələrindən danışılaraq qeyd olunmuşdur ki, hər hansı bir gözlənilməz hadisə və ya qəza baş verdikdə bağlanılmış sığorta müqaviləsi əsasında alınan ödənişlər zərərçəkən insanların maddi vəziyyətini bərpa etmək, onu yüngülləşdirmək, zərərləri aradan qaldırmaq üçün mühüm bir vasitədir.
Yığıncaqda tətbiq olunan icbari və könüllü sığortaların əhəmiyyətindən də bəhs olunmuş və bu istiqamətdə Şahbuz rayonunda görülmüş işlərdən danışılmışdır. Bildirilmişdir ki, görülmüş işlərlə bərabər, Şahbuz rayonunda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hüquqi və fiziki şəxslər arasında sığorta müqaviləsi bağlamayanlar hələ də vardır. Rayonda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, ev əmlakının sığortası, fərdi qəza sığortası üzrə də zərərçəkənlərə sığorta ödənişləri verilməsi barəsində faktlar sadalanaraq sığorta təminatının vacibliyi bir daha nəzərə çatdırılmışdır. Yekunda qeyd olunmuşdur ki, qarşıda duran əsas vəzifə ondan ibarətdir ki, bütün sığorta növlərini inkişaf etdirməklə hər bir hüquqi və fiziki şəxs üçün gözlənilməz hadisələrə qarşı etibarlı sığorta təminatı yaradılsın.
Tədbirdə sığorta müqavilələrinin bağlanılması, sığortahaqlarının hesablanması, sığorta ödənişlərinin verilməsi barədə verilən suallar cavablandırılmış, Şahbuz Rayon Dövlət Sığorta Agentliyinin direktoru, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz Rayon Şöbəsinin və Şahbuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisləri görülmüş işlər barəsində məlumat vermişlər.
Tədbirə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR