23 Dekabr 2024, Bazar ertəsi

Dünən Əlahiddə Ümumqoşun Ordusu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ehtiyatda olan vətəndaşların səfərbərliyə cəlb olunması hazır­lığı üzrə əməliyyat-taktiki təlim keçirilib.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq keçirilən təlimlərdə şəxsi heyətin səyyartipli məntəqələrdə qeydiyyata alınması, tərbiyəvi mövzuda təbliğat işinin aparılması, komandaların qəbul məntəqəsində hərbi vəzifəlilərin siyahısının dəqiqləşdirilməsi, onların səhhətinin yoxlanılması, ixtisas və vəzifələr üzrə bölüşdürülməsi, şəxsi əmlakların təhvil verilməsi, hərbi əmlaklarla təchiz olunması və təlim-dərs nöqtələrinə aparılması kimi icraatlar həyata keçirilib.
Təlimlərdə Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı iştirak edib. Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd müharibə şəraitində ehtiyatda olanların səfərbərlik hazırlığına cəlb olunmasının səhra şəraitində əyani olaraq nümayiş etdirilməsidir. Səfərbərlik hazırlığı dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanmasına, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövrü üçün yaradılan xüsusi birləşmələrin hazırlığına aid dinc dövrdə əvvəlcədən keçirilən tədbirlər kompleksidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR