23 Dekabr 2024, Bazar ertəsi

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 2 fevral – Gənclər Günü münasibətilə “Gənclər gələcəyimizdir” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb.
Konfransda kitabxananın əməkdaşları Minayə Nəbisoy, Röya Mustafayeva, “Naxçıvan” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Nəsib Mustafayev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi rəhbərimiz sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılıb.

Vurğulanıb ki, müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilib. Son 20 ildə muxtar respublikamızda gənc­lərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikamızda məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan, etimaddan xəbər verir. Muxtar respublikamızda gənclər üçün yeni mərkəzlərin, kitabxanaların, təhsil müəssisələrinin, olimpiya-idman komplekslərinin tikilərək, yaxud yenidən qurularaq gənclərin istifadəsinə verilməsi regionumuzda gənc nəslin asudə vaxtının səmərəli təşkil olunması, bilikli və bacarıqlı yetişməsi, intellektual səviyyəsinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu işlərin görülməsində məqsəd ölkəmizdə, eləcə də muxtar respublikamızda sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşdırılmasıdır. Sevindirici haldır ki, bu məqsədlərə nail olunur.
Sonda slayd nümayiş etdirilib, sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR