23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurlu davamından, gənc­lərə hərtərəfli dövlət qayğısından danışıb. Saleh Məhərrəmov universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan da söhbət açaraq gəncləri bayram münasibətilə təbrik edib, onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda universitetin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev “Ulu öndər Heydər Əliyev və müasir gənclik”, Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının tələbə-gənclər birliyinin sədr müavini, magistrant Elgün Tağıyev “Gənclik Yeni Azərbaycan Partiyası sıralarında”, Tələbə Elmi Cəmiyyətinin sədri, Sosial idarəetmə və hüquq fakültəsinin IV kurs tələbəsi Ramazan Abdullayev “Universitet gənc­liyi və elmi mühit”, Tələbə İdman Şurasının sədri, Pedaqoji fakültənin III kurs tələbəsi Nicat Allahverdiyev “Universitet idmanı inkişaf yolunda” mövzularında məruzələr ediblər. Məruzələrdə vurğulanıb ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildə hər il fevralın 2-nin Gənclər Günü elan edilməsindən sonra bu əlamətdar gün hər il ölkədə geniş şəkildə qeyd olunur. Müasir gənclik dövlət qayğısından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna uğurlara imza atır. Məruzələrdə Vətənini, xalqını sevən, dünyagörüşlü, intellektual potensiala, qətiyyətli siyasi əqidəyə, milli-mənəvi dəyərlərə malik gənclərin yetişməsində Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənc­lər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin və digər gənclər təşkilatlarının məqsədyönlü fəaliyyətlərindən bəhs olunub. Qeyd edilib ki, tələbə-gənclər bundan sonra da dövlət siyasətini yekdilliklə dəstəkləyərək təhsildə böyük nailiyyətlər qazanmağa, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi sərgiləməyə davam edəcəklər.
Sonda 2 fevral – Gənclər Gününə həsr olunmuş slayd nümayiş olunub.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR