2014-cü il dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı seçkilərdə aktiv iştirak etmiş, vətəndaşların fəallığının təşviq edilməsi, dairə və məntəqələrdə müşahidəçiliyin təşkili, seçkinin gedişi ilə əlaqədar ilkin və əsaslı hesabatların hazırlanması diqqət mərkəzində saxlanılmışdır.
Bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən 171 bələdiyyəyə 1453 nəfər üzv seçilməsi nəzərdə tutulmuşdur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında 8 rayon (şəhər) partiya təşkilatından fərdi qaydada namizədliyini irəli sürən 1583 nəfər seçki orqanları tərəfindən qeydiyyata alınmışdır. Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən namizədliyi irəli sürülən üzvlərdən 1053 nəfəri bələdiyyə üzvü seçilmişdir ki, bu da bütün bələdiyyə yerlərinin 72,5 faizini təşkil edir. Seçilmiş bələdiyyə üzvlərinin 223-ü qadın, 195-i isə gənclərdir.
Yeni Azərbaycan Partiyası tərəfindən Naxçıvan şəhərindəki 5 bələdiyyəyə 50 nəfərin namizədliyi irəli sürülmüş və onlardan 38-i, Şərur rayonunda 53 bələdiyyəyə 463 namizəddən 336-sı, Babək rayonunda 27 bələdiyyəyə 243 namizəddən 139-u, Ordubad rayonunda 30 bələdiyyəyə 308 namizəddən 172-si, Culfa rayonunda 21 bələdiyyəyə 225 namizəddən 145-i, Kəngərli rayonunda 10 bələdiyyəyə 92 namizəddən 78-i, Şahbuz rayonunda 22 bələdiyyəyə 159 namizəddən 119-u, Sədərək rayonunda isə 3 bələdiyyəyə 43 namizəddən 22-si üzv seçilmişdir.
Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatı