23 Dekabr 2024, Bazar ertəsi

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olub. Həmin gün şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, azadlıq, müstəqillik yolundan onu heç bir qüvvə döndərə bilməz. 20 Yanvar faciəsindən 25 il ötür. Ancaq qədirbilən xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına uyğun olaraq, dünən muxtar respublikamızın orta ixtisas və ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş dərs saatlarında da bu fikirlər səsləndirilib. Dərslərdə həmin faciə şagird və tələbələrə bir daha xatırladılıb. Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışılıb. Qeyd olunub ki, dahi rəhbərin siyasi kursu bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR