23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin muxtar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda dini və milli tolerantlılığın yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının tarixinin böyük mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında, tolerant­lılığın inkişafında müstəsna xidmətlər göstərib. Bu gün ümummilli liderin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu məsələlər barədə öz fikirlərini bildirən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib ki, tarixinin silinməz və möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası hər zaman müxtəlif xalqlara, millətlərə və dinlərə mənsub insanların birgə yaşadığı ölkə olub. Bu gün də respublikamız mədəniyyətlərin qovuşduğu məkan kimi bütün dünyada şöhrət qazanmaqdadır. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyət bu gün “sivilizasiyalararası dialoqun Azərbaycan modeli” üzərində ciddi diskussiyalar aparır, bu məsələdə xalqımızın adət-ənənələrindən irəli gələn yüksək dəyərlərin öyrənilməsi və onun tətbiq olunması məsələsinin elmi şəkildə araşdırılmasının əhəmiyyətini vurğulayır.
Dövlət müşaviri qeyd edib ki, müasir dövrümüzdə sivilizasiyalararası dialoq, multikulturalizm dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Azərbaycan bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir.
Bildirilib ki, bu gün Azərbaycanda 2 minədək məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı özünün tolerantlılığı, dözümlülüyü ilə, Azərbaycan Respublikası isə həyata keçirdiyi humanist siyasəti, müxtəlif millətlərə və dinlərə mənsub insanlara göstərdiyi diqqət və qayğısı, tarixi abidələrə hörmət və ehtiramı ilə dünyaya nümunədir.
“Ölkəmiz sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir”, – deyən Kamal Abdullayev əlavə edib ki, bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə ölkə paytaxtı Bakı şəhərində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bu gününü və gələcəyini maraqlandıran önəmli nəticələr əldə olunur. Biz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyirik. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin məqsədi də budur.
Sonda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirə yekun vurub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Mirhəşim Seyidov iştirak edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR