Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublikanın vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunan müsabiqənin test mərhələsi keçirilib.
Muxtar respublika vergi orqanları tərəfindən 53 vakant vəzifənin çıxarıldığı, 19 nəfərin iştirak etdiyi imtahanlarda dövlət qulluğuna namizədlərə 100 sual təqdim edilib. Sualların 80-i Azərbaycan Respublikası Vergi Məcəlləsi və digər normativ-hüquqi aktlar, 20-si isə məntiqi təfəkkürün yoxlanılması ilə bağlı olub.
Nəticələr yaxın günlərdə açıqlanacaq.