23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texniki parkında muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı ilə bağlı səyyar seminar-müşavirə keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədovun “Muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr”, həmin nazirliyin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidov­un “Muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət və aqroservis sektorunun müdiri Zərrab Əfəndiyevin “Biçin dövrü ərzində taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlər” mövzularında çıxışları olmuşdur.
Qeyd edilmişdir ki, ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, tədarük olunan məhsulların vaxtında və təhlükəsizlik qaydalarına uyğun olaraq yığılması qarşıda duran əsas vəzifələrdən biridir. Buna görə də ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin keçirilməsi diqqətdə saxlanılmalı, müxtəlif taxıl məhsullarının yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Çıxış edənlər biçin dövrü sa­hibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran vəzifələrdən, taxıl zəmilərində işləyən kənd təsərrüfatı texnikalarının və aqreqatların saz vəziyyətdə olması zərurətindən də bəhs etmişlər.
Tədbirin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçaları təqdim edilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR