23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə bələdiyyələrin fəaliyyəti ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxışında bildirib ki, ölkəmizdə yerli özünüidarə institutunun yaradılması və onlara verilən imtiyazlar xalqımızın rahat yaşayışını təmin etmək məqsədinə xidmət edir. Bu sahənin inkişaf etdirilməsi məqsədilə dövlətimiz tərəfindən qanunvericilik aktları qəbul edilir, bələdiyyələrə hüquqi yardımlar göstərilir və onlar üçün müasir iş şəraiti yaradılır. O cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq bələdiyyələrə metodik köməkliklər göstərilir, hüquqi maarifləndirmə tədbirləri keçirilir, yerlərdə birgə seminar-müşavirələr təşkil edilir.

Ədliyyə naziri vurğulayıb ki, Naxçıvan şəhərində də keçirilən bu cür seminar-müşavirələrin əsas məqsədi bələdiyyələrin fəaliyyətində işin düzgün təşkil edilməsi, bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına köməklik göstərilməsindən ibarətdir.

“Naxçıvan şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyələrdə qanunvericiliyin təmin olunması və kargüzarlığın müvafiq normativ aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində şəhər İcra Hakimiyyəti ilə birlikdə 16 dəfə araşdırmalar aparılıb və aşkar olunan nöqsanların aradan qaldırılması üçün hərtərəfli metodik köməkliklər göstərilib”, – deyən Suliddin Əliyev buna baxmayaraq hələ də bəzi bələdiyyələrin fəaliyyətində nöqsan və çatışmazlıqların olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün bələdiyyələrin normal fəaliyyəti üçün yaradılmış iş şəraitinin, habelə onlara göstərilən qayğının müqabilində bələdiyyələr işlərini düzgün qurmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR