23 Dekabr 2024, Bazar ertəsi

Mayın 9-da Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Qars şəhərindəki abidəsi önünə gül dəstələri qoymuş, xatirə şəkli çəkdirmişlər.
Sonra tədbir Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Mərkəzə ümummilli liderimizin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallar, eləcə də Azərbaycan həqiqətlərini əks etdirən materiallar hədiyyə olunmuşdur.

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanov ulu öndərin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması, sürətli sosial-iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Dahi şəxsiyyətin 2002-ci ildə Qars şəhərinə səfəri çərçivəsində Qars Qafqaz Universitetində olduğunu xatırladan Baş konsul ulu öndərin dost və qardaş ölkə olan Türkiyə Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Qars Qafqaz Universitetinin professoru Hacıəli Nəcəfoğlu ümummilli liderin ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması və Azərbaycanın inkişafı sahəsindəki xidmətlərindən söhbət açmışdır.
Sonra tədbir iştirakçıları Baş Konsulluqda təşkil edilən ziyafətdə iştirak etmişlər.
Tədbirdə Qars Qafqaz Universitetinin professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının və akademiyanın Naxçıvan Bölməsinin əməkdaşları, tələbələr və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR