Mayın 10-da Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin nazirliyin inzibati binasındakı barelyefi önünə gül dəstəsi qоyaraq оnun əziz xatirəsini ehtiramla yad etmiş, sоnra nazirlikdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baxmışlar.
Nazirliyin akt zalında davam etdirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi xalqımızın və dövlətçiliyimizin həyatında əvəzolunmaz rol oynamış, ölkəmizin xoş gələcəyinə xidmət edən tarixi uğurlara imza atmışdır.
Nazir vurğulamışdır ki, ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə doğma xalqına yorulmadan xidmət etmiş, fərqli ictimai-siyasi quruluş dövrlərində respublikamızın inkişafına böyük və əvəzsiz töhfələr vermişdir. Bu gün dahi rəhbər Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa və Vətənə xidmət rəmzinə çevrilmişdir.
Sonra ulu öndərin mənalı həyatı, xüsusi xidmət orqanlarımızdakı fəaliyyəti və ölkəmizə rəhbərliyi dövrləri haqqında çıxışlar olmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin xidmətdə fərqlənmiş 73 nəfər əməkdaşına verilmiş medallar təqdim edilmiş, eləcə də ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat və dama yarışlarının qalibləri mükafatlandırılmışlar.
Tədbir görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr оlunmuş “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik strategiyası” adlı sənədli filmin nümayişi ilə başa çatmışdır.
Naxçıvan Muxtar Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti