23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib. Budəfəki seminar Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları üçün təşkil edilib.
Tədbiri giriş sözü ilə komissiyanın  sektor müdiri Arzuman İmanov açıb.
Seminarda komissiyanın şöbə müdiri Rafiq Nəcəfov çıxış edərək iştirakçılara dövlət qulluqçularının etik davranış qaydaları haqqında məlumat verib. Şöbə müdiri 31 may 2007-ci il tarixdə qəbul edilən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında danışıb, dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərindən bəhs edib. Qeyd edilib ki, bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanun 24 maddədən ibarətdir. Vicdanlı davranış, peşəkarlıq və fərdi məsuliyyətin artırılması,  loyallıq, ictimai etimad, mədəni davranış, qərəzsizlik qanunda öz əksini tapıb.
Dövlət qulluqçularının etik davranış qaydaları barədə geniş söhbət açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR