23 Dekabr 2024, Bazar ertəsi

Dünən Babək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Şahin Nəbiyevin, Rahib Kərimovun, Zakir Məmməd­ovun, Kənan Məmmədovun çıxışları olub. Çıxışlarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışılıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti səlahiyyətləri çərçivəsində miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə ölkə­dəolma müddətinin uzadılması, həmçinin haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir.
Miqrasiya sahəsində qanunverici­liyin tələblərini pozan şəxslərin məsuliyyəti barədə də söhbət açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR