22 Dekabr 2024, Bazar

Tədbiri giriş sözü ilə Kəngərli  Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq rayonda bələdiyyələrə göstərilən dövlət qayğısından danışıb, yaradılan şərait müqabilində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində buraxılan nöqsanların yolverilməz olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, nazirlik tərəfindən bələdiyyələrə metodik köməkliyin göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəli təsiri istiqamətində işlər mütəmadi davam etdirilir. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən bələdiyyələr üçün seminarlar təşkil olunub və onlara müvafiq normativ-hüquqi aktların tələbləri izah edilib. Bundan başqa, yerli özünüidarəetmə orqanları zəruri metodik vəsaitlərlə təmin olunublar. Bələdiyyələr tərəfindən kargüzarlıq işlərinin aparılması üçün onlara müvafiq köməkliklər göstərilməsi və hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi nazirliyin diqqət mərkəzində saxlanılıb.

Qeyd edilib ki, Kəngərli rayonu üzrə hüquqi maarifləndirmə tədbirləri olaraq 2009-2013-cü illər ərzində 14-ə yaxın seminar-müşavirə keçirilib. Bu cür seminar-müşavirələrin əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasından ibarət olub. Qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrin düzgün və dürüst yerinə yetirilməsi üçün mütəmadi olaraq tövsiyə xarakterli metodik vəsaitlər hazırlanaraq rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrə göndərilib. Nazirlik tərəfindən bütün bələdiyyələrə kargüzarlıq işinin düzgün qurulmasına köməklik göstərilməsi məqsədilə “Bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması işinin və kargüzarlığın təşkilinə dair” və “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” ilə bağlı kitablar paylanılıb. Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyələrdə qanunverici­liyin təmin olunması və kargüzarlığın müvafiq normativ aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 17 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə hərtərəfli metodik köməkliklər göstərilib.
Vurğulanıb ki, seminar-müşavirələr, yoxlamalar, əməli köməkliklər zamanı edilən tövsiyə və təkliflərə baxmayaraq, bu gün rayon üzrə bələdiyyələrin bir neçəsinin fəaliyyətində hələ də nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Təəssüflər olsun ki, verilmiş tövsiyə və tapşırıqlardan sonra bələdiyyələrdə təkrar olaraq araşdırmalar aparılarkən nöqsanların aradan qaldırılmadığı müəyyən edilib. Hər bir bələdiyyə qeyd olunanlardan nəticə çıxarmalı və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil etməli, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR