22 Dekabr 2024, Bazar

“Azərbaycan istiqlal mücadiləsinin görkəmli xadimi” – AMEA Naxçıvan Bölməsində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi konfrans belə adlanırdı.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, elmi konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli Sərəncamına əsasən keçirilir. Akademik İsmayıl Hacıyev Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və Milli Şuranın sədri kimi tarixi fəaliyyətindən, onun mühacirətdə belə, Azərbaycanın istiqlalı uğrunda mübarizəsindən bəhs etmişdir. Vurğulanmışdır ki, o, dünyanın 10 ölkəsində yaşamış, 2000-ə qədər siyasi-publisistik məqalənin müəllifi olmuş və bütün şüurlu fəaliyyətini Azərbaycan məfkurəsinə həsr etmişdir.
Elmi konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin “Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyəti”, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Oruc­ovun “Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilovun “Məhəmməd Əmin Rəsulzadənin ədəbi irsi” mövzularında elmi məruzələri dinlənilib.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR