22 Dekabr 2024, Bazar

Martın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası və kiçikyaşlı uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi ilə bağlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilmiş tədbiri Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov açmışdır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Yulət Əliyev çıxış edərək məktəbdaxili intizamın və dərsə davamiyyətin təşkilində sinif rəhbərlərinin rolundan danışmış, şagirdlərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsindən, onlarda sağlam həyat tərzinin formalaşdırılması üçün idmanın vacibliyindən bəhs etmişdir. Bildirilmişdir ki, ölkəmiz  müstəqilliyini bərpa etdikdən sonra təhsilə göstərilən dövlət qayğısı artırılmışdır. Şagirdlərin gələcəkdə əsl vətəndaş kimi yetişməsi üçün mühüm tədbirlər həyata keçirilir.  Muxtar respublikamızın bütün yeni ümumtəhsil məktəblərində təlim və tədrisin, eyni zamanda fiziki tərbiyə işinin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılmışdır. Şagirdlərin bilik və bacarıqlarının artırılması ilə bərabər, onların fiziki sağlamlıqları qayğısına da qalınmalı, yaradılan bu şərait­­dən maksimum yararlanmağa çalışılmalıdır.

Eyni zamanda azyaşlı uşaqların zərərli vərdişlərə meyil etmələrinin qarşısının alınması, asudə vaxtlarının səmərəli təşkili və onlarda müxtəlif əmək vərdişlərinin formalaşdırılmasında mühüm rol oynayan məktəbdənkənar tərbiyə müəssisələri ilə də müntəzəm əlaqələr saxlanılmalı, birgə fəaliyyət göstərilməlidir. Bu sahədə pedaqoji kollektivin üzərinə mühüm məsuliyyət hissi düşdüyünü qeyd edən Y.Əliyev baş verə biləcək hüquqpozmaların qarşısının alınması üçün aparılan profilaktik tədbirlərdən, bu tədbirlərin nəticə və əhəmiyyətindən də danışmışdır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əyyub Babayev şagirdlərə piyadalar üçün yol hərəkəti qaydalarından danışmış, müxtəlif yol nişanları və işıqforların əhəmiyyətindən bəhs etmişdir.
Sonra şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Sonda şagirdlərin iştirakı ilə piyada keçidlərindən düzgün istifadə ilə bağlı praktik təlim keçilmişdir.
Analoji tədbir Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə də təşkil edilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR