22 Dekabr 2024, Bazar

Dünən AMEA Naхçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasəti” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, o cümlədən repressiya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi və sair haqda ətraflı məlumat verib. Ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlardan bəhs edən akademik erməni daşnaklarının soyqırımı və təcavüz siyasətinin mahiyyətindən də danışıb. O, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərmanların əhəmiyyətindən söz açıb.

Konfransda AMEA Naхçıvan Bölməsinin Tariх, Etnoqrafiya və Arхeologiya İnstitutunun direktoru, professor Fəхrəddin Səfərli “Ulu öndər Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsinə dair”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyeva “Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi siyasəti”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırımların mahiyyəti, nəticələri”, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyasının məqsədi və nəticələri” mövzularında məruzələrlə çıxışlar ediblər.
Ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman apardığı məqsədyönlü soyqırımı tarixini dünya ictimaiyyətinin diqqətinə, eləcə də gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının da öhdəsinə böyük vəzifələrin düşdüyü qeyd edilib. Bildirilib ki, bölmə əməkdaşları bu mövzuda tədqiqatlarını genişləndirməli, eyni zamanda təbliğatlar aparmalıdırlar.
Tədbirdə erməni vəhşiliklərini əks etdirən “31 Mart – Azərbaycanlıların Soyqırımı” adlı video­slayd nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR