Babək rayonundakı Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbində Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda çıxış edən məktəbin direktoru Adıgözəl Rzalı bildirmişdir ki, Xocalı faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Sonra məktəbin müəllimlərindən Həcər Tağıyeva, Fatma Abdullayeva, Rəcəb Rəcəbov, Mehriban Zeynalova və başqaları çıxış etmişlər. Çıxışlarda vurğulanmışdır ki, bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir.
Tədbirin sonunda iştirakçılar Xocalı faciəsinin dəhşətlərini əks etdirən sərgiyə baxmışlar.
Xəbərlər şöbəsi