22 Dekabr 2024, Bazar

Naxçıvan Özəl Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. Əvvəlcə Xocalıda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış edərək bildirmişdir ki,  Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Həmin gün amansız düşmən heç kəsə, hətta uşaqlara belə, aman verməmişdir. Əfsuslar olsun ki, o dövrkü rəhbərlik susaraq xalqımızın başına gətirilən bu bəlanın nə qarşısını almış, nə də ona siyasi-hüquqi qiymət vermişdir. Lakin ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda bu məsələnin siyasi qiymət almasına nail olmuşdur. Bu cinayətin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə əlaqədar ilk təşəbbüs də ulu öndərin adı ilə bağlıdır.

Dahi rəhbərin səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral “Xocalı Soyqırımı Günü” kimi qeyd olunur.
Konfransda Humanitar elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov, universitetin mətbuat xidmətinin rəhbəri Nuray Əsgərova çıxış etmişlər.
Sonda tələbələrin Xocalıya həsr olunmuş şeirləri səsləndirilmiş və bu soyqırımdan bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR