22 Dekabr 2024, Bazar

Fevralın 14-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 2013-cü ildə görülmüş işlərlə bağlı kollegiya iclası keçirilmişdir. İclası iqtisadi inkişaf naziri Famil Seyidov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, ötən il də sahibkar­lığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olmuş, Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı artaraq 87 faizə çatmışdır. “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrasının uğurla başa çatdırılması sosial-iqtisadi inkişafın sürətlənməsinə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əsaslı stimul olmuşdur.
Vurğulanmışdır ki, 2013-cü ildə 124 istehsal və xidmət sahələri istifadəyə verilmişdir. Fəaliyyəti bərpa edilmiş və yeni qurulmuş istehsal müəssisələrində 346 növdə məhsul istehsalına və 332 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Bununla da, yerli istehsalın stimullaşdırılması sənaye sektorunun yüksək templə inkişafını təmin etmiş, sənaye məhsulunun həcmi 6,3 faiz artaraq 862 milyon 870 min manata çatmışdır.

Əhalinin mövsümi məhsullara olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi məqsədilə soyuducu anbarlara 2013-cü il ərzində 4784 ton məhsul tədarük olunmuş, istixana komplekslərində 185 ton məhsul yetişdirilmişdir.
İqtisadi layihələrin maliyyələşməsi məsələsinə də toxunan nazir 2013-cü ildə 82 layihənin maliyyələşdirilməsinə 12 milyon 771 min manat həcmində dövlət maliyyə dəstəyinin göstərildiyini qeyd etmişdir.
Qeyd olunmuşdur ki, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi, yerli məhsulların ixracının genişləndirilməsi və stimullaşdırılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmiş, laboratoriyanın maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi avadanlıqlar alınmış, beynəlxalq təcrübədən faydalanmaqla İngiltərə, Almaniya, Latviya ölkələri ilə qarşılıqlı test analizləri aparılmış, akkreditasiya prosesi bütün mərhələlər üzrə başa çatdırıldıqdan sonra akkreditasiya şəhadətnaməsi verilmişdir.
Məruzəçi hesabat dövründə yol verilmiş nöqsanlara da toxunmuş, bu nöqsanların qısa zamanda aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR