22 Dekabr 2024, Bazar

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində 2013-cü ilin yekunları ilə bağlı kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını vergilər naziri Əli Mahmudov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 110 faiz əməl edilmişdir. Muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 39,5 faizi dövlət sektorunun, 60,5 faizi özəl sektorun payına düşür. Bu da onu göstərir ki, 2012-ci illə müqayisədə dövlət sektoru üzrə 3 milyon 692 min 600 manat, özəl sektor üzrə 6 milyon 278 min 500 manat artıq vəsait toplanmışdır. İqtisadiyyatın dayanıqlı inkişafında mühüm rol oynayan özəl sektorun çoxşaxəli  inkişafının təmin olunması məqsədilə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi ixrac potensialının getdikcə artırılması, yeni iş yerlərinin açılması və yüksək iqtisadi nəticələr əldə edilməsi ilə nəticələnmişdir. Rayonlarda kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Buna görədir ki, özəl sektordan vergi daxilolmalarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi 60,5 faizədək yüksəlmişdir.

Qeyd olunmuşdur ki, aidiyyəti orqanlarla birlikdə muxtar respublikanın ticarət obyektlərində alğı-satqı əməliyyatlarının digər valyutalarla aparılmasının qarşısının alınması, Azərbaycan manatının əsas tədavül vasitəsi olmasına nəzarətin artırılması, quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin edilməsi üçün əhali və sahibkarlıq subyektləri arasında izahat işlərinin aparılması gücləndirilmişdir. Bununla əlaqədar nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində muxtar respublika üzrə 1 yanvar 2014-cü il tarixə 248 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılmışdır.
Vergitutma bazasının genişləndirilməsi və vergidənyayınma risklərinin azaldılması sahəsində görülən tədbirlər nəticəsində öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 2312 fiziki şəxs tərəfindən 46 min 697 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR