22 Dekabr 2024, Bazar

“Dövlət qulluğu həm şərəfli, həm də çətin peşədir. Xalq özünün güclü dövləti ilə, dövlət isə özünün yetkin məmur kadrları ilə inkişaf edir. Dövlət qulluqçusu peşəsi – məmurluq işi mürəkkəb və spesifik fəaliyyət növüdür. Bu peşənin məsuliyyətini yaxşı dərk etmək lazımdır. Dövlət qulluqçusundan işə daim ciddi, məsuliyyətlə yanaşmaq, səriştə, peşəkarlıq, xüsusi bacarıq tələb olunur”.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən dövlət qulluqçularının andiçmə mərasimində səsləndirilib.
Komissiyada keçirilən müsabiqəni uğurla başa vurmuş və müvafiq dövlət orqanlarında işə başlamış 33 nəfərin and içdiyi mərasimdə komissiyanın sədri Etibar Musayev dövlət qulluqçularını təbrik edərək bildirib ki, müasir dövrdə kadrlarla işin yeni nəzəri-hüquqi bazasını yaratmaq məqsədilə  ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlər həyata keçirilib.

Bu gün muxtar respublikada dövlət qulluqçularına, məsul kadrlara yanaşmada əsas meyar onların dövlətə sədaqəti, peşəkar­lığı, səriştəliliyi, mənəvi-əxlaqi keyfiyyətləridir. Dövlət qulluğunda çalışmaq bir çox parametrlər üzrə – mənəvi, mədəni, əxlaqi baxımdan dövləti, xalqı təmsil etmək və cəmiyyətin, insanların qulluğunda durmaq deməkdir. Təbii ki, bütün digər sahələrdə olduğu kimi, dövlət qulluğunun da öz prinsipləri mövcuddur. Bunlardan ən başlıcası qanunçuluğa riayətdir. Yəni öz hərəkətlərinin qanuniliyi üçün cavabdeh olan dövlət qulluqçusu vəzifə borcunu yerinə yetirərkən yalnız Konstitusiyanı, qanunları və onlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tutmalıdır.
Sonra komissiyanın əməkdaşı Zaman Bağırov yeni and içən dövlət qulluqçularının “Muxtariyyət ili”ndə fəaliyyətə başlamasının əlamətdar bir hadisə olduğunu bildirib, Naxçıvanın muxtariyyəti ilə bağlı məruzə edib.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR