22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə komissiyanın sədri Etibar Musayev açaraq məruzə edib.
Məruzəçi bildirib ki, komissiya qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, müxtəlif sahələrdə dövlət qulluğu siyasətinin həyata keçirilməsində keyfiyyət amilinə xüsusi diqqət yetirib, dövlət orqanlarının bacarıqlı kadrlarla təmin olunması, dövlət qulluqçularının peşə hazırlığının yüksəldilməsi, onların etik davranış qaydalarına əməl etmələrinə nəzarət edilməsi və sair tədbirlərin həyata keçirilməsinə nail olub.
Qeyd edilib ki, ötən il dövlət orqanlarında inzibati vəzifələrin V-VII təsnifatına uyğun vakant vəzifələrin tutulması üçün müsabiqə keçirilib. İl ərzində Naxçıvan Muxtar Respublikası Vergilər, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərində, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində, Naxçıvan Muxtar Respublikasının prokurorluq, vergi orqanlarında vakant vəzifələrin tutulması üçün keçiri­lən test imtahanları yüksək səviyyədə təşkil edilib. Dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının növbəti attestasiyasının keçiril­məsi üçün 1 oktyabr 2012- ci il tarixdə attestasiya elan edilib. 17 avqust 2012-ci il tarixdə dövlət orqanlarında inzibati vəzifələrin V-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə elan edilib və müsabiqədə uğurlu nəticələr göstərənlər dövlət orqanlarında müvafiq işlə təmin olunublar.

Yuxarıda qeyd olunanlarla yanaşı, hesabat dövrü ərzində dövlət qulluqçularının reyestrinin hazırlanması işi davam etdirilib, muxtar respublikanın bütün dövlət orqanları üzrə rəhbər, inzibati və yardımçı vəzifə tutan 2020 nəfər dövlət qulluqçusunun reyestr sənədləri toplanılıb və elektron bazaya işlənib. Hazırda dövlət qulluqçularının reyestrinin aparılması üzərində iş davam etdirilir.
Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli Fərmanına uyğun olaraq, komissiya tərəfindən göstəriləcək elektron xidmətlərin reqlamenti hazırlanaraq təqdim edilib, elektron müraciət forması və komissiyanın internet saytı hazırlanıb. Sınaq mərhələsindən sonra internet saytının istifadəyə verilməsi nəzərdə tutulub. Sayt istifadəyə verildikdən sonra digər elektron xidmətlərin göstərilməsi də mümkün olacaq.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR