22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.
“15 İyun – Milli Qurtuluş Günü dövlətçilik ənənələrimizin qorunub saxlanılması, inkişafın yeni mərhələsinə keçidin təməlinin qoyulduğu tarixdir” fikrini konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev söyləyib. Natiq çıxışında bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın düçar olduğu acınacaqlı vəziyyət dövlət idarəçiliyinə səriştəsiz kəslərin gətirilməsi, milli təəssübkeşliyin olmamasından qaynaqlanırdı. Ulu öndər Heydər Əliyevin belə bir dövrdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhvolma təhlükəsindən xilas etdi.

İsmayıl Hacıyev dahi öndərin uzaqgörən siyasətinin bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Konfransda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzulu məruzəsi təhlil olunub.
Vurğulanıb ki, məqalədə Azərbaycan xalqının ulu öndəri, görkəmli dövlət xadimi Heydər Əliyev liderlikdən ümummilli liderliyə qədər inkişaf edən, həm ölkəsində, həm də dünyada əsl lider olaraq qəbul edilən fərqli şəxsiyyət kimi təhlil olunur.
Qeyd edilib ki, bu dahi şəxsiyyətin çətin və mürəkkəb tarixi şəraitdə Naxçıvan Muxtar Respublikasını işğaldan xilas etməsi, yaşatması və inkişaf etdirməsi, bu həssas regionda Azərbaycanın ərazi bütövlüyünü qoruyub möhkəmləndirməsi də əsl liderlərə xas olan böyük xilaskarlıq nümunəsidir.
Vurğulanıb ki, ulu öndərin sovet dövründə Azərbaycanı ölkə kimi, XX əsrin 90-cı illərində isə respublikamızı müstəqil dövlət kimi xilas etməsi prosesi bu siyasətin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru dosent İlhami Əliyevin, dosentlər Asəf Orucovun və Zeynəb Quliyevanın məruzələri dinlənilib. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Naxçıvan” Universitetində “Xalqımızın şərəfli tarixi – 15 İyun – Milli Qurtuluş Günü” mövzusunda keçirilən elmi konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Milli Qurtuluş Günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlətin bünövrəsinin qoyulduğu, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi əlamətdar edən isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan dahi şəxsiyyət – ulu öndər Heydər Əliyevdir.
Rektor qeyd edib ki, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider Heydər Əliyevin ideyaları ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
“Naxçıvan” Universitetinin müəllimi Rəna Qurbanova çıxışında Azərbaycanın Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildiyini vurğulayıb.
Konfransda tələbələrin bədii qiraəti dinlənilib, hazırlanmış videoçarx nümayiş olunub.

Dünən Naxçıvan Müəllimlər İnstitutu və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin real müstəqilliyə qovuşması tarixinin başlanğıcı kimi səciyyələndirib.
Konfransda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Çapay Quliyev öz məruzəsini Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” adlı konseptual məqaləsinin təhlilinə həsr edib. Məruzəçi məqaləyə istinadən bildirib ki, ötən əsrin 90-cı illərində xalqın tələbi və dəstəyi ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev faktiki olaraq Xilaskar lider missiyasını həyata keçirməyə müvəffəq oldu. Məqalədə də vurğulandığı kimi ümummilli liderimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dünya və ölkə miqyaslı siyasi lider kimi yetişdirməklə Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısında misilsiz tarixi xidmət göstərib.
Konfransda “Qayıdışdan qurtuluşa” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanı həm siyasi, həm də sosial-iqtisadi böhrandan çıxararaq inkişaf edən respublikaya çevirdiyini, hər iki tarixi mərhələdə yalnız milli amallarla yaşayıb fəaliyyət göstərdiyini faktlarla diqqətə çatdırıb.
Konfransın sonunda Naxçıvan Müəllimlər İnstitutunun tələbələri tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.
Həmin gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş sərgi təşkil edilib. 15 rəssamın bir-birindən maraqlı 30 əsərindən ibarət sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR