22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Dövlət Texniki Kollecində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş“ Azadlığa gedən yol” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Məmməd Qəribov açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın başına gətirilmiş qanlı faciə haqqında danışmışdır. Qeyd olunmuşdur ki, həmin gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qan xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, xalq öz yenilməzliyi və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan etmişdir. Məhz bu fədakarlıq sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur.

Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Kollecin direktoru 20 Yan­var faciəsinin Azərbaycan tarixində hüznlü gün olması ilə bərabər, həm də xalqımızın milli qürur günü olduğunu vurğulamış, bu tarixin gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rolu olduğunu qeyd etmişdir.
Tədbirdə kollecin müəllimlərindən Xəzər Hüseynov, Səadət Qocayeva, Tələbə-Gənclər Təşkilatının sədri Arzu Adıgözəlov çıxış edərək bildirmişlər ki, həmin gecə Vətən övladları öz qanları ilə yeni bir tarix yazmışlar. Haqq-ədalət, müstəqilliyimizin bərpası uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Sonra kollec tələbələrinin ifasında 20 Yanvar faciəsinə və qəhrəmanlıq tariximizə həsr edilmiş şeirlər səsləndirilmiş, “İmperiyanın toqquşması – 20 Yanvar” filmi nümayiş olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR