22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda  tədbir  keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevil Salayeva açaraq  yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın başına gətirilmiş müsibət, baş verən qanlı qırğın barədə danışmış, ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı mübarizədən bəhs etmişdir. Qeyd olunmuşdur ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etmişdir. Məktəb  direktoru 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi hesab edildiyini, həmin tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Tədbirdə məktəbin müəllimlərindən Akif Məmmədov, Məlahət Seyidova və başqaları çıxış edərək bildirmişlər ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazılmış, həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qalmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gecədə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar.
Sonda məktəb şagirdlərinin ifasında  “Şəhidlik zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR