22 Dekabr 2024, Bazar

Yanvarın 1-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbiri xəstəxananın baş həkimi Rəhim Rəhimov açaraq böyük alim və görkəm­li dövlət xadimi Əziz Əliyev­in həyat və fəaliyyətindən danışmışdır.
Xəstəxananın şöbə müdiri Aytən Əhmədova çıxış edərək professor Əziz Əliyev­in Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən bəhs etmişdir. Bildirilmişdir ki, ölkəmizdə milli tibbi kadrların yetişdirilməsi, eyni zamanda Azərbaycan dilində tibbi fənlərin tədrisi üçün dərs vəsaitlərinin yazılması Əziz Əliyevin adı ilə bağlıdır.
Əziz Əliyev 1941-ci ilin mayında SSRİ Elm­lər Akademiyasının Azər­baycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilmişdir. Həm də görkəmli dövlət xadimi olan Əziz Əliyev 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, bundan sonrakı illərdə isə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru işləmiş, 1956-cı ildə isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olmuş və ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.
Sonra tədbir iştirakçıları görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısının xəstəxananın qarşısındakı barelyefi önünə gül dəstələri qoymuşlar.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR