22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə muxtar respublika ali məktəblərinin bir qrup tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə gənclər və idman nazirinin müavini Məcid Seyidov açıb.  
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov məruzə ilə çıxış edərək bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi, ictimai həyatın siyasi və iqtisadi sahələrində aparılan keyfiyyət dəyişiklikləri və bütün bunların nəticəsi kimi 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi zərurətini yaradıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının muxtar respublikanın konstitusion statusunun və Naxçıvanın muxtariyyətinin əsası kimi əhəmiyyətindən bəhs edən məruzəçi muxtar respublikanın muxtariyyət statusunun formalaşması, Konstitusiyasının yaranması tarixinə nəzər salıb, Naxçıvan Muxtar Respublikasının sözügedən dördüncü Konstitusiyasının 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edildiyini deyib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənc­lər Birliyinin təşkil etdiyi tədbirdə Konstitusiyanın Naxçıvan Muxtar Respublikasının statusunu müəyyənləşdirən, qanunvericilik, icra və məhkəmə hakimiyyətini təsdiqləyən, əsas insan və vətəndaş hüquq və azadlıqlarını əks etdirən fəsil və maddələri təhlil olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR