22 Dekabr 2024, Bazar

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Milli birliyin təmin olunmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Rahilə Məmmədova açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Həsən Kərimovun “Milli birliyin təmin olunmasında ulu öndər Heydər Əliyevin rolu”, kitabxananın direktor müavini Rahilə Məmmədovanın “Azərbaycanlıların milli birlik günü” və şöbə müdiri Yeganə Rüstəmovanın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdə bildirilmişdir ki, hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız zamanın, dövrün reallıqlarını düzgün dəyərləndirən, gələcək barədə aydın təsəvvürlərə malik olan fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti nəticəsində gerçəkləşir. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd edilməsi də məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hələ 1991-ci il dekabrın 16-da dahi şəxsiyyətin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması haqqında qərar qəbul etmişdir. Bu əlamətdar bayram ilk dəfə Naxçıvanda geniş qeyd olunmuş, azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayından etibarən ölkədə milli birliyi, vətəndaş həmrəyliyini təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi, yerli cəmiyyətə sıx inteqrasiyası bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir.
Qeyd olunmuşdur ki, 2001-ci ilin noyabrında keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı milli həmrəyliyin təmin olunması prosesini daha da gücləndirmiş, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirmiş, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının təsdiqi kimi tarixilik qazanmışdır.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış olmuşdur.   

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR