22 Dekabr 2024, Bazar

Naxçıvan Şəhər İcra Hakimiyyətində ötən ilin yekunları və cari ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncağı İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci ildə iqtisadiyyatın, sənayenin, sosial-mədəni və infrastruktur sahələrinin inkişafı, məşğulluq səviyyəsinin artırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni istehsal müəssisələrinin yaradılması, sənaye və emal müəssisələrinin yenidən qurulması, sosial infrastrukturun inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-məşğul əhalinin işlə təminatı daim diqqət mərkəzində saxlanılmış, bu sahədə müvafiq işlər görülmüşdür.
Hesabat ilində genişmiqyaslı quruculuq tədbirləri davam etdirilmiş, müxtəlif nazirlik, idarə, müəssisə, təşkilatlar, təhsil, səhiyyə, mədəniyyət, rabitə, yol təsərrüfatı və digər infrastrukturlar, emal və istehsal müəssisələri üçün yeni binalar inşa olunaraq istifadəyə verilmişdir. Hazırda tikinti-quruculuq, təmir-bərpa və abadlıq işləri şəhərin müxtəlif ünvanlarında davam etdirilir.

Bildirilmişdir ki, əhalinin mənzil təminatının yaxşılaşdırılması, yaşayış fondunun abadlaşdırılması, elektrik enerjisi, qaz, su, kanalizasiya, istilik təsərrüfatlarının təkmilləşdirilməsi işlərinin aparılması müntəzəm xarakter almış, insanların keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində “Şəhər su təchizatı və kanalizasiya” layihəsinin icrası üzrə işlər davam etdirilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. 11 fərdi qazanxana tikilmiş, mərkəzləşdirilmiş qazanxanalar isə təmir edilmişdir. Hazırda Naxçıvan şəhərində 174 ictimai binanın 7659 mənzilinin istiliklə təmin olunması üçün 10 mərkəzləşdirilmiş və 27 fərdi qazanxana fəaliyyət göstərir.
Digər təşkilatların fəaliyyətinə də toxunan icra başçısı bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində sığorta fəaliyyəti ilə əlaqədar 30 noyabr 2011-ci il tarixdə keçirilən müşavirədən sonra Naxçıvan şəhərində sığorta işinin tənzimlənməsi istiqamətində bir sıra işlər görülmüşdür. 2012-ci ildə 14 sığorta növü üzrə 19444 müqavilə bağlanmış, 763 min 223 manat vəsait toplanmışdır. İl ərzində 96 nəfərə dəymiş zərərə görə 67860 manat vəsait ödənilmişdir.
Hesabat ilində Naxçıvan şəhərinin təhsil və mədəniyyət işçiləri də fəallıq göstərmiş, bir sıra uğurlara nail olmuşlar.
İcra başçısı 2012-ci ildə qazanılan uğurlarla yanaşı, müxtəlif idarə, müəssisə və təşkilatların işdə buraxdıqları nöqsanlardan da danışmışdır.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri Aqil Nəsirovun, Vergilər İdarəsinin rəisi Azər Nağıyevin, Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin müdiri Həmzə Muradovun çıxışları olmuşdur.
Yığıncağa Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurmuşdur.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR