22 Dekabr 2024, Bazar

“Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün ulu öndərimizin irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Dahi rəhbər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi daim yaşayacaqdır. Ümummilli lider kimi onun adı Azərbaycan xalqının 40 ildən çox bir dövrü əhatə edən tarixinin rəmzinə çevrilmişdir. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndəri­miz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcək üçün bütün təminatlar yaradılmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olunmuşdur”.
Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçilən açıq dərsdə səsləndirilmişdir.

Babək rayonunun Qaraqala və Məzrə kənd tam orta məktəbləri şagirdlərinin iştirak etdiyi açıq dərsdə Məzrə kənd tam orta məktəbinin tarix müəllimi Abdulla Həsənov bildirmişdir ki, xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dahi rəhbər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının  qəlbində əbədi yaşayacaqdır.
Qeyd edilmişdir ki, dahi rəhbərin adı Azərbaycanın rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Ulu öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən fəaliyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində böyük işlər görmüşdür. Onun həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyil. Xalqımızın böyük oğlu Heydər Əliyev millətini bütün bəlalardan hifz etmiş, respublikada ictimai-siyasi sabitliyə nail olmuş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkə­nin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir. Bu böyük siyasət nəhənginin hakimiyyətə qayıdışı xalqımız üçün çox ağır bir dövrə təsadüf etmişdir. Lakin polad iradəli dahi şəxsiyyət böyük sərkərdə dühası ilə gənc, müstəqil Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən ustalıqla xilas edərək ölkə­mizi tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə qovuşdurmuş, onu hüquqi, demokratik dövlət quruculuğu yoluna çıxara bilmişdir. O, bütün həyatı boyu daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə çalışmış, qarşıya qoyduğu hədəflərə çatmaq üçün bütün gücünü və siyasi nüfuzunu səfərbər etmişdir.
Bildirilmişdir ki, 1993-cü ilin iyunundan etibarən ölkədə ictimai-siyasi sabitliyi təmin edən böyük strateq özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını göstərmişdir. Ümummilli liderimizin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilmişdir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə qurub-yaratmış, inkişaf etdirib bütün dünyaya tanıtmışdır. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlamış və reallaşdırılmasını təmin etmişdir. Ona görə də xalqımız Heydər Əliyev kimi ümummilli lideri ilə fəxr edir, qürur duyur, Onun ideyalarını həyata keçirməyə çalışır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-si­ya­si, mənəvi inkişafına xidmət olub”, – deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarmış, onu dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, ölkəmizdə sabitlik və firavanlığa təminat yaratmışdır.
Açıq dərsdən sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR