Naxçıvan Dövlət Texniki Kollecində “Heydər Əliyev lektoriyası”nın “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda növbəti məşğələsi keçirilmişdir. Məşğələdə kollecin direktor müavini Asəf Ruşanov və kollecin tarix müəllimi Xəzər Hüseynovun məruzələri dinlənilmişdir.
Qeyd olunmuşdur ki, ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaranmış, müstəqil dövlət quruculuğuna başlanmış, Azərbaycan regionda söz sahibi olan dövlətə çevrilmişdir. Müstəqilliyimizin əbədiləşdirilməsi üçün ulu öndərin işləyib hazırladığı dövlətçilik kursuna yeni neft strategiyası, balanslaşdırıcı xarici siyasət, hüquq islahatları, torpaq islahatları, cəmiyyətin demokratikləşdirilməsi, beynəlxalq sferaya inteqrasiya, iqtisadi inkişaf, sosial tərəqqi və bir çox mühüm məqamlar daxil idi. Ümummilli lider Heydər Əliyev həmin istəklərin hər birini reallaşdıraraq milli dövlətçiliyimizin yaşamasına, müstəqilliyimizin əbədi olmasına zəmin yaratmışdır.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevə həsr olunmuş “Ata yolu” sənədli filminə baxmışlar.
Xəbərlər şöbəsi