22 Dekabr 2024, Bazar

Dekabrın 11-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, ümummilli lider dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycanın dünya dövlətləri içərisində layiqli yer tutmasında əvəzsiz xidmətlər göstərmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə ardıcıl islahatlar həyata keçirilmiş, sürətli sosial-iqtisadi inkişafa və sabitliyə nail olunmuşdur. Ötən əs­rin 90-cı illərinin əvvəllərində ulu öndərin səyi nəticəsində erməni işğalçılarının torpaqlarımıza hərbi təcavüzünün qarşısı alınmış, Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Baş konsul bildirmişdir ki, ümummilli liderin müəyyənləşdirdiyi xarici siyasət xətti Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasına səbəb olmuşdur. Ona görə də dahi şəxsiyyətin əziz xatirəsi dünyanın bütün sülhsevər xalqları tərəfindən dərin ehtiramla xatırlanır. Dost və qonşu ölkə olan İranda, o cümlədən Təbriz şəhərində də hər il ulu öndər Heydər Əliyevin xatirəsi böyük hörmətlə yad edilir, ruhuna dualar oxunur.
Sonra ümummilli lider Heydər Əliyevin həyat yolundan və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, mərasim iştirakçıları dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş foto və kitab sərgiləri ilə tanış olmuş, ehsan süfrəsi açılmışdır.
Anım mərasimində İranın Şərqi Azərbaycan valiliyinin nümayəndələri, Türkiyənin Təbrizdəki Baş konsulu və Baş Konsulluğun əməkdaşları, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR