22 Dekabr 2024, Bazar

Naxçıvan Tibb Kollecində “Heydər Əliyev lektoriyası”nın ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş növbəti məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva açaraq bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dövlətçiliyinə və Azərbaycançılığa xidmət etmiş, Azərbaycançılıq ideologiyasını milli ideologiya səviyyəsinə qaldırmış, onu təlimə çevirmiş və Azərbaycanı milli müstəqilliyə qovuşdurmuşdur.
Məşğələdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir.

Bildirilmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Sovet İttifaqının tərkibində müstəqil Azərbaycanın əsaslarını qoymuş, milli ruhun, milli mənəviyyatın vətəndaşlarımızın məfkurəsinə çevrilməsinə nail olmuşdur. Bunun nəticəsi idi ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edə bilmişdir. O dövrdə hakimiyyətdə olan adamların səriştəsizliyi nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək, ölkəmiz dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli liderimiz Azərbaycanın müstəqil dövlət kimi əbədi varlığını təmin etmişdir. Görkəm­­li dövlət xadimi Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sabitliyi təmin etməklə, hüquqi dövlət quruculuğu istiqamətində mühüm ardıcıl tədbirlər həyata keçirməklə müstəqilliyi qorumağın möhtəşəm nümunəsini yaratmışdır. Ulu öndəri­mizin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarmış, dövlət müstəqilliyimizi daha da möhkəmlətmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da ulu öndərin uzaqgörən siyasəti bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması, bu istiqamətdə yüksək səviyyəli tədbirlərin reallaşdırılması dahi rəhbərə böyük sevgi və məhəbbətin ifadəsidir.
Sonda məşğələ iştirakçıları ulu öndərin hər birimiz üçün örnək olan həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR